Pakistan məhkəməsi ölkənin keçmiş Baş naziri Nəvaz Şərifin həbsi ilə bağlı orderin icrasını dayandırıb.
“Report” xəbər verir ki, bu barədə “Aaj News” telekanalı məlumat yayıb.
Qeyd edək ki, 2017-ci ilin oktyabrında Pakistan məhkəməsi antikorrupsiya işi bağlı dinləmələrə gəlmədiyi üçün keçmiş baş nazir Nəvaz Şərif barəsində həbs qətimkan tədbiri seçmişdi.
Xatırladaq ki, həmin il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş Baş nazir Nəvaz Şərifə, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü. Onlar bu ittihamlarla bağlı özlərini təqsirli bilməyib.
Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın Baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistan Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra Nəvaz Şərif istefa verib.