Özbəkistanda 1 862 nəfər koronavirusa yoluxub

Özbəkistanda ötən sutkada daha 26 yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının ümumi sayı 1 862-yə yüksəlib.

Özbəkistanda aprelin 1-dən özünü təcrid rejimi tətbiq edilir. 

Karantin müddətini xüsusi komissiya mayın 10-dək uzadıb. Yaşı 65-dən yuxarı olanlara evdən çıxmaq qadağan olunub.

Digər xəbərlər