Özbəkistan Prezidenti: "Əfqanıstan məsələsində BMT-nin rolu gücləndirilməlidir"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Əfqanıstanda BMT-nin rolunu gücləndirmək vacibdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının iclasında onlayn çıxışı zamanı bildirib.

"Əminəm ki, Əfqanıstan məsələsində BMT-nin rolu gücləndirilməli və nüfuzu həmişəkindən daha çox olmalıdır", - Mirziyoyev əlavə edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09