Kanadanın paytaxtı Ottava şəhərində koronavirus məhdudiyyətlərinə qarşı təşkil edilən etiraz aksiyasının 100-dən çox iştirakçısı sxlanılıb.
"Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında deyilir.
Kanada polisi şəhərin mərkəzi hissəsinin etirazçılardan təmizlənməsinə başlayıb. Daha əvvəl 2 nəfər etiraz təşkilatçısı saxlanılmışdı.