ABŞ-nin Oklahoma ştatının eyni adlı şəhərində iki uşaq da daxil olmaqla beş nəfərin meyiti tapılıb.
“Report” ABC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir.
Bildirilib ki, ölənlərin hamısını yaşayış binasına çağırış üzrə gələn polis əməkdaşları tapıb . Meyitlərdə zorakılıq izləri olduğu vurğulanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.