Nyu-York metrosunda iki nəfər həlak olub

Nyu-York metrosunda vaqonun damında gəzməyə cəhd edən iki qız həlak olub.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı şəhər polisinə istinad edərək məlumat yayıb.

"Nyu-York metrosunda qatarın damında iki qızın cəsədi tapılıb", - məlumatda bildirilib.

Yerli hakimiyyət orqanları bununla əlaqədar gəncləri qatarın üstündə və ya yanında səyahət etməkdən çəkinməyə çağırıb, bunun həyat üçün təhlükəli olduğunu xatırladıb.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44