Nitsanın qərbindəki Moulins rayonunda hava limanı yaxınlığında atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
"Report"un "Nitsa Matin"ə istinadən verdiyi məlumata görə, bu barədə Alp-Dəniz departamentinin prefekturası məlumat yayıb.
"Bu axşam Nitsanın Mulen rayonunda atışma baş verib. İki nəfər həlak olub, iki nəfərin vəziyyəti ağır, üç nəfər isə yüngül xəsarət alıb. Hadisə yerində hüquq-mühafizə orqanları və xilasetmə xidmətləri işləyir", - qurum bildirib.
Qeyd olunub ki, daxili işlər naziri Bryuno Retayo asayişi təmin etmək üçün əraziyə əlavə polis bölmələrinin yerləşdirilməsinə göstəriş verib.