Nigeriyada polis maşın ilə insanları vurub, 8 ölü var

Nigeriyanın Qombe ştatında polis əməkdaşının maşını Pasxa münasibəti ilə bayram yürüşü edən kütlənin üzərinə sürməsi nəticəsində azı 8 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, daha 30 nəfər yaralanıb. Zərərçəkənlərin əksəriyyəti yeniyetmələrdir.

Polis hadisənin qəsdən törədildiyini güman edir. Çünki bu, polisin yürüş iştirakçıları ilə mübahisəsindən sonra baş verib.

Digər xəbərlər