​Nigeriyada partlayış nəticəsində 47 nəfər həlak olub

Bakı. 12 Avqust. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində baş verən partlayış nəticəsində ən azı 47 nəfər həlak olub və 50-dən artıq insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə hərbçilərə və hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Partlayış Borno ştatının Sabon-Qari şəhərində baş verib. İnsidentin digər təfərrüatları açıqlanmır.

Digər xəbərlər