Niderlandlı nazir ölkə əhalisinə təbii qazla bağlı çağırış edib

“Avropa, o cümlədən Niderland əlavə tədbirlər görmədən qaz anbarlarının qışa qədər dolacağına zəmanət verə bilməz”.

“Report” xəbər verir ki, bu barədə Niderlandın İqlim və Enerji Siyasəti naziri Rob Yetten məlumat verib.

O əlavə edib ki, Rusiyadan Avropaya ümumi qaz tədarükü sürətlə azalır, ona görə də bundan sonra qazın hər kubmetri hesablanır: “Bununla əlaqədar Nazirlər Kabineti şirkətləri və ev təsərrüfatlarını yay ayları da daxil olmaqla, mümkün qədər enerjiyə qənaət etməyə çağırır”.

Digər xəbərlər