Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub

Ərəb koalisiyası qüvvələri Ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Report"un məlumatına görə, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Maliki xəbər verib.

"Ər-Riyad yaxınlığında bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv edilib", - Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsinin açıqlamasında deyilir.

Vurulan pilotsuz uçuş aparatı Ər-Riyad səmasında gecə ərzində tutulub saxlanılan ikinci hava hədəfi olub.

Digər xəbərlər