Nepalda komendant saatı tətbiq edilib

Nepal ordusu ölkədə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda sentyabrın 11-i səhər saatlarına qədər ümummilli komendant saatı elan edib.

"Report" "Khabarhub"a istinadən xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

"Qərar ictimai təhlükəsizliyə davamlı təhdidlər fonunda qəbul edilib", - məlumatda qeyd edilib.

Məhdudiyyət müddətində yalnız təcili tibbi yardım və yanğınsöndürən maşınların, təhlükəsizlik qüvvələrinin avtomobilinin hərəkətinə icazə verilir. Sakinlərə evdə qalmaları tövsiyə olunur.

Digər xəbərlər

İraq işıqsız qalıb 04 mart, 2026 / 23:31