Müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcək.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Kiyevdə prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransında NATO-nun Baş katibi Mark Rütte bildirib.
O qeyd edib ki, Ukrayna buna əmin ola bilər.
"Ukraynanın ABŞ-də silah alınması üçün istifadə olunan PURL proqramının (Prioritized Ukraine Requirements List - ABŞ və NATO-nun Ukraynanı Amerika istehsalı olan silahların maliyyələşdirilməsi vasitəsilə kritik vacib silahlarla təmin etməyə imkan verən təşəbbüsü) maliyyələşdirilməsinə tələb olunan 15,5 milyard dollar mütləq təmin ediləcək", - Baş katib vurğulayıb.
O həmçinin müxtəlif ölkələr tərəfindən maliyyələşdirmənin qeyri-bərabərliyi probleminin buna mənfi təsir göstərdiyini də etiraf edib:
"Hal-hazırda müttəfiqlərin üçdə ikisi PURL proqramında iştirak edir. Lakin həqiqətən maliyyə yükünün bölüşdürülməsi problemi var. Amma bu həll olacaq".