​Moskva Şimali Koreya liderini Qələbə bayramına dəvət edib

Bakı. 19 dekabr. REPORT.AZ/ Moskva Qələbənin 70-ci ildönümü münasibəti ilə Şimali Koreyanın lideri Kim Çen Inı bayram tədbirlərinə dəvət edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib.

Məlumatda bildirilib ki, 2015-ci il mayın 9-da Qələbə günü münasibəti ilə Rusiyada bayram keçiriləcək.

Həmin günlə bağlı Moskva bir çox dövlətlərin, o cümlədən ABŞ, Yaponiya, Fransa, Almaniya, Çin dövlət və hökumət başçılarının bayram tədbirinə dəvət ediləcəyi gözlənilir.

Digər xəbərlər