Moldova Prezidenti Maya Sandu Dövlət Mühafizə Xidmətinin (SPPS) rəhbəri və onun müavinini istefaya göndərib.
"Report" xəbər verir ki, bu barədə Moldova KİV-i məlumat yayıb.
Dərc edilmiş sənədlərə əsasən, Vasili Popa 2025-ci il noyabrın 11-dən etibarən təqdim etdiyi istefa ərizəsi əsasında SPPS-in rəhbəri vəzifəsindən azad edilib.
Eyni fərmanla 2025-ci il noyabrın 11-dən etibarən Vitali Lupaşku da öz arzusu ilə SPPS direktoru müavini vəzifəsindən azad edilib.