Avropa və ABŞ sülhün təmin edilməsi istiqamətində qlobal səyləri davam etdirməlidir.
"Report" xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola "X" hesabında yazıb.
O, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə söhbət etdiyini bildirib.
"BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində dövlət katibi Rubio ilə tanış olmaqdan məmnunam. Avropa və ABŞ tərəfdaş kimi sülhün təmin edilməsi istiqamətində qlobal səylərə rəhbərlik etməyə davam etməlidir", - sədr qeyd edib.