Meksikada zəlzələ qurbanlarının sayı 360 nəfərə çatıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 19-da Meksikada baş vermiş zəlzələ qurbanlarından daha 5 nəfərin cəsədi ölkə paytaxtında dağıntılar altından çıxarılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente şənbə günü məlumat verib.

Beləliklə, güclü yeraltı təkanlar nəticəsində ölənlərin sayı 360 nəfərə çatıb. Hazırda 300-dən çox insan xəstəxanalarda müalicə alır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10