Meksikada silahlı şəxslər bir ailənin şənlik mərasiminə silahlı hücum edib.
Bu barədə "Report" "Televisa" telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Mexiko ştatının Koakalko rayonunda qeydə alınıb. Hücum zamanı 5 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Cinayətkarlar ərazidən qaçaraq gizləniblər.
Daha əvvəl Meksikanın Miçoakan ştatında avtomobildən 5 yanmış meyit aşkar edilib.