Meksikada quldurlarla atışma olub: ölənlər var

Bakı. 20 oktyabr. REPORT.AZ/ Meksikanın Sonora ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə quldurlar arasında atışma olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Rodolf Montes-de-Oka xəbər verib.

Onun sözlərinə görə, toqquşma Ermosil şəhərində olub. Belə ki, quldurlar evlərdən birində axtarış aparmaq istəyən polislərə hücum edib. Atışma zamanı 5 cinayətkar öldürülüb.

Silahlı insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən olmayıb. Hakimiyyət orqanları bildiriblər ki, cinayətkarlar evdə narkotik maddələrin satışı mərkəzini təşkil ediblər.

Digər xəbərlər

Almaniyada İŞİD-çi saxlanılıb 02 oktyabr, 2026 / 01:45