Meksikada güclü zəlzələ baş verib

Bakı. 22 Fevral. REPORT.AZ/ Meksikanın qərb sahillərinə yaxın rayonda güclü zəlzələ baş verib

"Report"-un BBC-yə istinadla verdiyi məlumata görə, 6,6 bal gücündəki zəlzələnin episentri Tomatlan şəhərindən 235 kilometr uzaqlıqda yerləşib.

Zəlzələnin fəsadları barədə hələlik bir məlumat verilməyib. Tsunami təhlükəsinin olub olmadığı da açıqlanmır. 

Digər xəbərlər