Meksikada avtobusun aşması nəticəsində azı 7 nəfər ölüb

Meksikanın qərbindəki Miçoakan ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, turist avtobusu Uruapandan çıxıb və Tlalpuhaya bələdiyyəsinə gedirmiş. Naməlum səbəbdən sürücü idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Qəza yerində təcili yardım xidmətləri işləyir.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12