Meksikada 686 nəfər pandemiyanın qurbanı oldu

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə daha 36 şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 8 261-ə çatıb.

Qeyd olunub ki, 686 nəfər pandemiyanın qurbanı olub. Eyni zamanda vəziyyəti ağır olan xəstələrin sayı 2 100 nəfəri keçib.

Ümumilikdə 378 xəstə süni ağciyər ventilyasiya aparatına qoşulub. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09