Mexikoda (Meksikanın paytaxtı - red.) baş vermiş zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Meksika paytaxtının meri Klara Bruqada "X" sosial şəbəkəsində məlumat yayıb.
Daha əvvəl bildirilib ki, Meksikada 6,5 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.
Meksikanın cənub-qərbindəki Herrero ştatında 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.