​Malidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı öldürülüb

Bakı. 31 mart. REPORT.AZ/ Malidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardım karvanına hücum nəticəsində komitənin mühafizəçisi həlak olub.

"Report" "Franc-Press"ə istindən xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

Qeyd olunur ki, hadisə nəticəsində bir nəfər yerli sakin də xəsarət alıb.

Təşkilat əməkdaşlarına hücum Qoa yaxınlığında baş verib.

Digər xəbərlər