Malidə 20-dən çox hərbçi öldürülüb

Malinin şərqində yaraqlılar hərbçilərin patrul dəstəsinə silahlı hücum edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Tabankorte vilayətində baş verib.

Terrorçulara qarşı keçirilən əməliyyat zamanı hərbçilər yaraqlıların silahlı hücumuna məruz qalıb. 

Nəticədə 24 hərbçi öldürülüb, 29-u yaralanıb.

Tərəflər arasında baş verən atışmada 17 terrorçu məhv edilib. 

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03