Malayziyada helikopter qəzaya uğrayıb

Malayziyanın Ulu-Baram bölgəsindəki Lonq-Lellanq hava limanı ərazisində tibbi aviasiya helikopteri qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Malayziya mediası məlumat yayıb.

İlkin məlumatlara görə, "Layang-Layang Aerospace" şirkətinə məxsus "BO-105" helikopteri pilot da daxil olmaqla beş nəfəri daşıyıb.

Helikoptor tibbi reys həyata keirib və tibbi briqadanı daşıyıb.

İlkin məlumata görə, helikopter uçuş zolağının sonunda qəzaya uğrayıb, bundan sonra partlayıb və alışıb.

Göyərtədə olan şəxslərin taleyi hələlik məlum deyil.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03