Fransa Prezidenti Emmanuel Makron Avropa və ABŞ-nin birliyinin Ukraynaya dəstək üçün böyük əhəmiyyət daşıdığını bildirib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə E.Makron Çinə səfəri zamanı jurnalistlərə deyib.
O həmçinin əlavə edib ki, Avropa və ABŞ-nin arasında "heç bir etimadsızlıq yoxdur":
"Avropa və ABŞ-nin Ukrayna məsələsi ilə bağlı birliyi böyük əhəmiyyət daşıyır. Və mən bir daha vurğulayıram ki, biz birgə işləməliyik".
Prezident qeyd edib ki, ABŞ-ın sülh təşəbbüslərini alqışlayır və dəstəkləyir, çünki bu "təşəbbüslərə rəhbərlik üçün Avropaya ehtiyac var".