Mahaçqalada ticarət mərkəzində atışma olub

Mahaçqalada "Etaji" ticarət mərkəzində atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Regional teleqram kanalları insanların təşviş içində ticarət mərkəzini tərk etdiyini yazır.

Digər xəbərlər

Tramp İrana təşəkkür edib 16 yanvar, 2026 / 22:13