Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkəsinin suverenliyini müdafiə etməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Bolivar Respublikasının prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir və vətən cavab verir: biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - dövlət başçısı bəyan edib.
O, Vaşinqtonu təhdidləri dayandırmağa çağırıb və Venesuelanın azad və suveren ölkə olaraq qalacağını vurğulayıb.