Londonda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var

Bakı. 27 avqust. REPORT.AZ/ Böyük Britaniyada avtomobil bulvarda avtobus dayanacağına çırpılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ricent stritdə qeydə alınıb.

London polisinin təqib etdiyi maşının dayanacağa çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan üçü avtomobildə olan sərnişindir, bir nəfər isə yoldan keçən şəxsdir. Yaralılar xəstəxanaya yerləşdirilib, nəqliyyat vasitəsinin sürücüsü isə təhlükəli idarəetməyə görə saxlanılıb.

Digər xəbərlər