Londonda 400-ə yaxın karnaval iştirakçısı saxlanılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonun Nottinq-Hill rayonunda hər il keçirilən afrokarib festivalı bu dəfə küçə davaları ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, qarşıdurmalar nəticəsində 1 yerli sakin və 30-a yaxın polis əməkdaşı saxlanılıb. Qarşıdurmalarla əlaqədar polis bölməsinə 370-dən çox adam gətirilib. Onların üstündə narkotik və silah aşkarlanıb.

Saxlanılanların 156-da qadağan olunmuş əşyalar aşkarlanıb. 69 nəfər karnavala elektroşokla, bıçaqla, dəyənəklə gəlib. Daha 9 nəfər təcavüzdə şübhəli bilinir. 

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45