Liviyada məscid yaxınlığında partlayış olub, 8 nəfər ölüb

Bakı. 9 fevral. REPORT.AZ/ Liviyanın Benqazi şəhərində məscid yaxınlığında partlayış olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, 80-dən çox yaralı var.

Şahidlər Macuri rayonundakı Əbu Hurayra məscidinin girişində içərisində partlayıcı maddə olan çantanın partladıldığını bildiriblər.

Digər xəbərlər