Livan Prezidenti Jozef Aun Ağ Evin dəvəti ilə iyulun 21-də ABŞ-yə rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya"nin müxbiri Nadiya Bilbassi-Çarters "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Livanın Vaşinqtondakı səfirliyi məmnuniyyətlə bildirir ki, Ağ Ev Prezident Jozef Auna iyulun 21-də Vaşinqton, Kolumbiya dairəsinə səfər etmək və Prezident Donald Trampla görüşmək üçün rəsmi dəvət göndərib", - deyə o yazıb.
Onun sözlərinə görə, dəvət Livan və Birləşmiş Ştatlar arasındakı tərəfdaşlığın möhkəm xarakterini təsdiqləyir və liderlər üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək imkanı yaradır. Onların sırasında - ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik, habelə ABŞ-nin Livanın suverenliyinə, sabitliyinə, ərazi bütövlüyünə dəstəyi yer alır.