Bakı. 10 yanvar. REPORT.AZ/ Livanın şimalında yerləşən Tripoli şəhərində ələvilərin yaşadığı məhəllənin kafesində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Livanın xüsusi xidmət orqanları məlumat yayıb.
Terror aktı nəticəsində 20 nəfər yaralanıb. KİV-in məlumatına görə, kafedə kamikadze özünü partladıb.