Litvada 130 məktəbə partlayıcı qurğularla bağlı təhdidlər daxil olub

Litvada ən azı 130 təhsil müəssisəsi partlayıcı qurğularla bağlı təhdidlər alıb.

"Report"un məlumatına görə, bu barədə LRT xəbər verib.

Polisdən bildiriblər ki, məlumat yoxlanılır, hazırda real təhlükə yoxdur.

Təhdidlərin göndərildiyi müəssisələrin tədris prosesini və imtahanları dayandırmaması, lakin şübhəli obyekt aşkarlandıqda hüquq-mühafizə orqanlarına məlumat verməsi tövsiyə olunur.

Digər xəbərlər