Litva Rusiya ilə sərhəd boyunca hasar tikintisinə başlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ Litva Rusiya ilə sərhəd boyunca qoruyucu hasarın tikintisinə bu gündən başlayacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Litva Dövlət Sərhəd Mühafizəsi Xidmətindən bildiriblər.

Məlumata görə, bu ilin sonuna qədər 44,6 km məsafədə uzanacaq hasar tikiləcək. İşlərin dəyəri 1,3 milyon avro məbləğində dəyərləndirilir, tikinti üçün vəsait dövlət büdcəsindən ayrılıb.

Tikinti işlərinin dekabrın 20-də tamamlanacağı planlaşdırılır.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03