Litva Belarus ilə sərhədi bir ay müddətinə bağlayıb

Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu qərar hökumətin iclasında qəbul edilib.

Sərhəd noyabrın 30-na qədər bağlı qalacaq.

"Vətəndaşların təhlükəsizliyi hökumətin danılmaz prioritetidir. Ona görə də Belarus ilə sərhədi bağlamaq lazımdır", - Litvanın baş naziri İnqa Ruqinene iclasda bildirib.

Digər xəbərlər