​Lavrov: "Rusiya kürdləri İraq hökuməti vasitəsilə silahla təmin edir"

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiya kürdləri İraq hökuməti vasitəsi ilə silahla təmin edir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyası sahələrində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Biz kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürürük. Bağdadda təsis edilən informasiya mərkəzinə Suriya, İraq, İran və Rusiya daxildir. Kürd muxtariyyəti də orada təmsil olunub", - deyə o bildirib.

Lavrov əlavə edib ki, "biz kürdlərin silah sorğusuna İraq hökumətinin razılığı ilə cavab veririk".

Digər xəbərlər