Kubada sərnişin avtobusu aşıb, 55 nəfər yaralanıb - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ Martın 19-da Kubada reys avtobusu aşıb. Yol qəzası nəticəsində 55 nəfər yaralanıb ki, onlardan da ikisinin vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə yerli "Demahaqua" qəzeti yazıb.

İlkin fərziyyəyə görə, sürücü idarəetməni itirib, avtobus yol kənarına çıxaraq aşıb.

Qəza Bayamo şəhərinin bir neçə kilometrliyində, Qranma əyalətində baş verib. Avtobus Santyaqo-de-Kuba şəhərindən Nuevitasa gedirmiş.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05