Ukrayna Təhlükəsizlik Xidməti növbəti əməliyyat keçirərək Krım körpüsünə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə xidmətin əməkdaşları Krım körpüsünün dayaqlarını minalayıblar, bu gün isə yerli vaxtla səhər saat 04:44-də birinci partlayıcı qurğu işə salınıb. Mülki əhali arasında itki yoxdur.
Xidmətin məlumatına görə, trotil ekvivalentində 1100 kq partlayıcıdan istifadə edilib. Körpünün qəzalı vəziyyətdə olduğu bildirilir.