Konqoda Ebola virusundan 447 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1 460-a çatıb, 447 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Konqo hakimiyyətinin məlumatlarına istinadən bildirib.

Qeyd olunub ki, ümumi ölüm səviyyəsi 30,6 % təşkil edib. Hazırda 595 pasiyent təcriddə və ya xəstəxanalardadır, 213 nəfər sağalıb.

Digər xəbərlər