Konqo ordusu Ruanda əsgərlərinin ölkə sərhədini keçdiyini bildirib.
“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.
Məlumata görə, Konqo Demokratik Respublikasının ordusu Ruanda müdafiə qüvvələrinin sərhəd təhlükəsizliyinə hücum edərək ölkə sərhədini keçdiyini bildirib.
Təfərrüatlar açıqlanmır.