Kolumbiyada sərnişin avtobusu yarğana aşıb, ölənlər var

Bakı. 27 oktyabr. REPORT.AZ/ Kolumbiyada sərnişin avtobusu idarəetməni itirərək aşıb və yarğana düşüb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qəza nəticəsində 4 nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Yarğanın dərinliyinin 30 metrə yaxın olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər