Koalisiya təyyarələri Yəmən paytaxtını bombalayıb, 14 sakin həlak olub

Bakı. 25 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibindəki krallığa aid qırıcıların Yəmənin paytaxtı Sananı bombalamsı nəticəsində 6-sı uşaq olmaqla 14 dinc sakin həlak olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, təyyarələr Sananın Fec Atan bölgəsində 4 ərazini bombalayıblar.

“France Press”in yaydığı məlumata görə, ötən bir həftə ərzində koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində Yəməndə 42 dinc sakin öldürülüb. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43