KİV: Yaponiyanın yeni baş naziri oktyabrın 31-ə ümumi seçkilər təyin edəcək

Yaponiyada tezliklə baş nazir vəzifəsinə təsdiqlənəcək hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kisida oktyabrın 31-də parlamentin aşağı palatasına ümumi seçkilər keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə LDP-dəki mənbələrə istinadən NHK və TBS telekanalları bildirib. Seçki kampaniyası 19 oktyabrda başlayacaq.

Sentyabrın 29-da LDP sədri olan Kisida yaxın saatlarda parlamentdə ölkənin yeni baş naziri vəzifəsinə seçiləcək. Parlamentdə liberal demokratlar əksəriyyətə malikdirlər. Bu gün - bazar ertəsi həmçinin Yaponiyanın yeni hökumətinin tərkibi elan ediləcək.

Hökumət başçısının seçilməsi və dövlət büdcəsi layihəsinin qəbulu zamanı yuxarı palatadan üstün olan aşağı palatasının səlahiyyət müddəti oktyabrın 21-də başa çatacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10