KİV: "Əfqanıstanda xalq könüllüləri Baqlan əyalətinin bir hissəsini taliblərdən geri alıb"

Əfqanıstanda xalq könüllüləri Baqlan əyalətinin bir hissəsini taliblərdən geri alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xalq könüllüləri Baqlan əyalətindəki üç rayonu "Taliban" döyüşçülərindən geri alıb.

Könüllülərə ordu komandiri Əbdül Həmid Dadqar rəhbərlik edir.

"Taliban"dan bununla bağlı hələlik məlumat daxil olmayıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28