Kiprdə türk və yunan icmaları liderlərinin görüşü olub

Bakı. 11 iyul. REPORT.AZ/ Kiprli türklərin lideri Mustafa Akıncı ilə Cənubi Kipr prezidenti Nikos Anastasiadis arasında görüş keçirilib.

"Report"un Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin adadakı missiyasının ofisində beş saatdan artıq davam edən görüşdə tərəflər Kipr probleminə dair məsələləri müzakirə ediblər.

Tərəflər arasında növbəti görüşün iyulun 27-də keçiriləcəyi gözlənilir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09