​KİV: İranın döyüş təyyarələri Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ İranın Hərbi-Hava Qüvvələri Suriyada İŞİD-ə qarşı əməliyyatlara qoşulur.

"Report" xəbər verir ki, bu haqda "İsrael a-Yom" qəzeti yazıb.

Qəzetin məlumatına görə, İranın onlarla "Su-24" bombardmançı, "S-25" hücum, "MiQ-29" qırıcı və başqa döyüş təyyarələri var.

Qeyd edək ki, İranla Suriyanın ortaq sərhədi yoxdur. İŞİD-ə qarşı mübarizə aparamaq üçün İran təyyarələri İraq və ya Suriya ərazisində yerləşdirilə bilər.

Məlumata görə, İran Bəşşar Əsəd rejiminə silahlı qüvvə və hərbi müşavirlərlə yardım edir. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12