Kəşmirdə atışma olub, ölən və yaralananlar var

Bakı. 5 fevral. REPORT.AZ/ Kəşmirdə nəzarət xəttində silahlı atışma olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Hindistan hərbçiləri nəzarət altında saxladıqları Azad Kəşmirin Nezapur bölgəsindən atəş açıblar. Nəticədə 2 pakistanlı mülki şəxs ölüb, 6-sı da yaralanıb. Bundan əlavə, 4 hind hərbçi ölüb. 

Digər xəbərlər