​Kanadanın baş naziri gey-paradda iştirak edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Kanadanın baş naziri Castin Trüdo Torontoda keçiriləcək gey-paradda iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən CBC telekanalı məlumat yayıb.

Məlumata görə, parad iyulun 3-də keçiriləcək. Kanadanın hazırkı baş naziri belə bir tədbirdə iştirak edən ilk Nazirlər Kabineti rəhbəri olacaq.

"Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə baş nazir qismində", — deyə Trüdo "twitter"dəki səhifəsində yazıb.

Onunla yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri, suriyalı qaçqınlar və s. iştirak edəcək.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04